Madrid "Real"ı heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, "kral klubu" Dortmund "Borussiya"sının mərkəz yarımmüdafiəçisi Cud Bellingemi transfer etməyə çalışır.

Məlumata görə, La Liqa təmsilçisi 19 yaşlı ingiltərəli futbolçu üçün qarşı tərəfə 120 milyon avro təklif edib.

Bellingem isə növbəti mövsümü də Bundesliqa klubunda keçirmək istəyir.

Qeyd edək ki, onun "Borussiya" ilə müqaviləsinin müddəti 2025-ci ilədək qüvvədədir.