"Barselona" klubunun baş məşqçisi Xavi Ernandes komandanın vingeri Rafinyanın satılmasını istəmir.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, gənc mütəxəssis 26 yaşlı braziliyalı futbolçuya 90 milyon avro məbləğində təklif gəlməyincə, onun satılmasına qarşıdır.
Qeyd edək ki, Rafinya 2022-ci ildən "Barselona"da çıxış edir.