"Real"ın futbolçusu Eden Hazard yenə sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, belçikalı hücumçu sol topuğundan zədə alıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Zədənin müddəti sabahkı tibbi müayinədən sonra bəlli olacaq.

Qeyd edək ki, "Xirona" - "Real Madrid" matçı sabah Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.