"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti futbol qurumlarından şikayətlənib. 

Offsideplus.az xəbər verir ki, "Selta" ilə oyun öncəsi mətbuat konfransında iştirak edən italiyalı mütəxəssis FIFA, UEFA kimi qurumların futbolçular barədə düşünmədiklərini söyləyib. O, sıx qrafik barədə bu sözləri deyib:

"Burda hər kəs özünü fikirləşir. UEFA, FIFA, La Liqa, İspaniya Futbol Federasiyası futbolçuları vecinə almır. Oyunlar sıx şəkildə keçirilir. Bəzi şeylər dəyişilməlidir".

Qeyd edək ki, "Real" - "Selta" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.