"Barselona" klubunun fransalı futbolçusu Usman Dembelenin zədədən bərpa prosesi ləng gedir.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı hücumçu La Liqada aprelin 23-də "Altetiko"ya qarşı matçı da buraxacaq.

Xatırladaq ki, Dembele yanvarda "Jirona" ilə oyunda zədələnmişdi. O, cari mövsümdə La Liqada 18 oyun keçirib, 5 qol və 5 ql ötürməsi ilə yadda qalıb.