"Barselona" klubu və Usman Dembele yeni müqavilə ilə bağlı tələsmirlər.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Baş məşqçi Xavi Dembeledən məmnundur. Fransız hücumçu da "Barselona"da oynamaq istəyir. Tezliklə tərəflər arasında danışıqlar başlayacaq.

Yaydan etibarən Dembelenin 50 milyon avroya satış məbləği aktivləşəcək.

Qeyd edək ki, Dembelenin Kataloniya təmsilçisi ilə sözləşməsi 2024-cü ildə başa çatır.