İspaniya Kral Kubokunun yarımfinalında "Real Madrid" "Barselona"ya 4:0 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun yarımmüdafiəçisi Luka Modriç oyundan sonra təəssüratlarını bölüşüb:

"Çox xoşbəxtəm, bu komandadan, hər şeydən qürur duyuram. Çox sağ olun. Bundan zövq almalı və qeyd etməliyik. Sonuncu dəfə bu kuboku 2014-cü ildə qazanmışdıq. Demək olar ki, 10 il sonra bunu yenidən təkrarlamalıyıq".

Qeyd edə ki, "Kral klubu" finalda "Osasuna" ilə üz-üzə gələcək.