"Barselona" klubu İspaniya La Liqasında bu mövsüm keçirdiyi 27 matçın 20-də qol buraxmayıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi bu göstəriciyə görə yeni rekoda imza atıb. "Barselona" son olaraq 27-ci turda "Elçe"ni dörd cavabsız qolla məğlub edib. 

27 qarşılaşmada 71 xal toplayan kataloniyalılar çempionat tarixinin ikinci ən yaxşı nəticəsini də müəyyənləşdirib.