"Sevilya" klubunun futbolçusu Markao yenidən zədələnib.
Offsideplus.az xəbər verir ki, Əndəlüs təmsilçisinin 26 yaşlı mərkəz müdafiəçisində əzələ yırtığı aşkarlanıb. Braziliyalı futbolçu 5-6 ay yaşıl meydanlardan uzaq qalacaq. O, növbəti mövsümün startına kimi komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Sevilya" Markaonu mövsümün əvvəlində "Qalatasaray"dan transfer edib.