"Barselona" klubunun və Danimarka millisinin futbolçusu Andreas Kristensen Avropa çempionatının seçmə mərhələsinin Finlandiya ilə oyununda (3:1) zədələnib.

Offsideplus.az xəbər verir ki, görüşün 18-ci dəqiqəsində xəsarət alan müdafiəçi meydanı tərk edib. O, Viktor Nelssonla əvəzlənib.

Kristensenin bud nahiyəsində problem aşkarlanıb. İlkin ehtimallara görə, futbolçu 3-4 həftə meydana çıxa bilməyəcək. Onun son durumu isə tibbi müayinədən sonra bilinəcək. Kristensen bu gün "Barselona"nın düşərgəsinə qayıdayacaq.