Alvaro Morata "Atletiko" (Madrid) komandasında oynamaqdan məmnundur. 

 Offsideplus.az xəbər verir ki, bu barədə ispaniyalı futbolçunun özü açıqlama verib. 

"Baş məşqçi, klubu dinləyəcəm. "Atletiko"da çox xoşbəxtəm, lakin gələcəyi bilmək olmaz. Daha çox oynamaq istərdim, lakin Memfis yaxşı formadadır".

Qeyd edək ki, Moratanın Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin iyununda başa çatır.