"Barselona" klubu baş məşqçisi Xavi Ernandeslə uzunmüddətli müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun prezidenti Joan Laporta "Marca" nəşrinə açıqlama verib.

Funksioner bildirib ki, 43 yaşlı mütəxəssis uzun illər komandanın sükanı arxasında qalmağa layiqdir.

Xavi Ernandesin "Barselona" ilə 2024-cü ilin iyununadək müqaviləsi var.