Madrid "Real"ının yarımmüdafiəçisi Dani Sebalyos klubunu dəyişə bilər.

Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçunun "Atletiko"ya keçmək ehtimalı yüksəkdir.

26 yaşlı oyunçu "kral klubu"nda istədiyi qədər şans görməməsindən şikayətlənib.

Onun "Real"la müqaviləsi 2023-cü ilin yayında başa çatdığından "Atletiko"ya keçidi pulsuz başa gələ bilər.