"Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqanın 23-cü turunda "Real"la keçirilən oyundan (1:1) sonra komandasının azlıqda qaldığı epizodla bağlı danışıb. 

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, o, 64-cü dəqiqədə baş hakim Xesus Gil Mansanonun hücumçu Anxel Korreaya birbaşa qırmızı vərəqə göstərərək meydandan qovduğu epizodu dəyərləndirib:

“Bu, heç inandırıcı deyildi. Rüdigerin boyu 1.94 santimetrdir və o, zərbədən sonra yerə yıxıldı və dərhal ayağa qalxdı. Ola bilsin ki, bu, sarı vərəqədir, amma buna görə oyundan qovulsan, meydanda  heç bir oyunçu qalmayacaq.

Eyni hal yenə təkrarlanır, bu normaldır, amma bu belə olmamalıdır. Biz bərabər şəkildə mübarizə apara bilsək, çox yaxşı olardı.

Hər dəfə "Santyaqo Bernabeuya" gələndə hadisələr bizim əleyhimizə işləyir” - deyə, Simeone bildirib.