"Valensiya" klubunun yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, komandanı Ruben Baraxa çalışdıracaq. O, bir müddət öncə istefaya göndərilən Cennaro Qattuzonu əvəzləyib.

Baraxanın son iş yeri "Saraqosa" olub. O, həmçinin "Elçe", "Rayo Valyekano", "Sportinq Gixon" və "Tenerife"ni çalışdırıb.