Madrid "Real"ının belçikalı futbolçusu Eden Hazard zədələnib.

Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi sol dizindən zədə alıb. O, 4-5 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm "Real"ın heyətində 7 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.