"Barselona" ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Usman Dembele La Liqanın 19-cu turunda "Jirona" ilə matçda zədələnib.
Tibbi müayinədən keçən fransalı hücumçunun bud əzələsinin zədələndiyi bildirilir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Onun ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Barselona" "Jirona"ya 1:0 hesabı ilə qalib gəlib.