"Çelsi" və PSJ klubunun sabiq baş məşqçisi Tomas Tuxel karyerasını İspaniya La Liqasında davam etdirmək istəyir.
Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis "Real Madrid" və ya "Barselona" klublarından birinin baş məşqçisi olmağı arzulayır. Almaniyalı çalışdırıcı bunun üçün ispan dilini öyrənməyə başlayıb.
"Tottenhem" baş məşqçi Antonio Konteni qovsa, Tuxel London təmsilçisinə keçmək istəmir. Lakin "Yuventus" klubundan təklif gələrsə, təcrübəli mütəxəssis bunu düşünəcək.