"Barselona"nın argentinalı hücumçusu Lionel Messi "Böyük beşlik" ölkələri çempionatlarında bir klubun heyətində vurduğu qolların sayına görə mütləq rekorda sahib çıxıb.
Offsideplus.az xəbər verir ki, o, "Bayern Munich"in keçmiş oyunçusu Gerd Müllerin rekordunu üstələyib. Messi İspaniya çempionatının 19-cu turunda cərimə zərbəsi ilə topu "Real Soceidad"ın qapısından keçirib. Bu, Messinin turnirdə "Barcelona"nın oyunçusu kimi 401 oyunda 366-cı qolu olub.1964-cü ildən 1979-cu ilə kimi alman klubunda çıxış etmiş Müllerin isə Almaniya çempionatındakı hesabında 427 matçdan 365 qol var.
Messi yanvarın 12-də İspaniya Kubokunun 10 ən yaxşı bombardiri olub.