Madrid "Real"ının belçikalı yarımmüdafiəçisi Eden Hazard bu qış klubunu tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, o, Karlo Ançelottinin rəhbərliyi altında əsas heyətə düşməkdə çətin çəkəcəyini anlayıb. Eden isə stabil oyun saatı istəyir. Bu səbəbdən də onun klubunu dəyişəcəyi ehtimal olunur.

Qeyd edək ki, Eden Hazardın "Real Madrid" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.