“Barselona” klubu İspaniya La Liqasında bu mövsüm qol buraxmadığı oyunların sayını 10-a çatdırıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi son olaraq 12-ci turda "Valensiya"ya 1:0 hesabı ilə qalib gəlib. Bu göstərici ilə Xavinin komandası yeni rekord müəyyənləşdirb. La Liqada indiyə kimi 12-ci tura qədər heç bir komanda 10 oyunda qapısını toxunulmaz saxlamamışdı.

Qeyd edək ki, Xavinin baş məşqçisi olduğu komanda bu mövsüm La Liqada təkcə "Real Sosyedad" (4:1) və "Real"la (1:3) matçlarda qapısından qol buraxıb.