"Real"ın alman ulduzu Toni Kroosun klubla müqaviləsinin müddəti cari mövsümün sonu başa çatır.

Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti 32 yaşlı yarımmüdafiəçinin gələcəyi barədə açıqlama verib:

"Yeni müqavilə barədə yanvar ya da fevral ayında düşünəcək. Məncə, Toni "Real"dakı karyerasına davam edəcək. Özü qərar verəcək, nələr olacağını görəcəyik. Bu barədə düşünüb, sonra planlarını bəyan edəcək".

Qeyd edək ki, Kroos daha öncə karyerasını "Real"da başa vurmaq istədiyini söyləmişdi. O, 2014-cü ildən Madrid komandasının şərəfini qoruyur.