“Valensiya” klubu futbolçusu Xose Luis Qaya ilə yeni müqavilə bağlayıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçunun yeni sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, “Valensiya”nın yetirməsi olan 27 yaşlı futbolçu ilə “Real”, “Barselona” və PSJ maraqlanırdı.