"Valensiya" kapitanı Luis Qaya ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı müdafiəçi 2027-ci ilə qədər "yarasalar"ın şərəfini qoruyacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, "Valensiya" yetirməsi olan Qaya 2012-ci ildən komandanın formasını geyinir.