Madrid "Real"ının futbolçusu David Alaba ölkəsi Avstriyada ilin ən yaxşı idmançısı seçilib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı müdafiəçi avstriyalı pilot, Formula 1 üzrə üçqat dünya çempionu Niki Laudının adını daşıyan Niki Mükafatını qazanıb. Alaba karyerasında üçüncü dəfə (həmçinin 2013 və 2014-cü illərdə) Avstriyada ilin idmançısı olub.

O, 8 dəfə isə Avstriyanın ən yaxşı futbolçusu seçilib.