Xorxe Sampaolinin "Sevilya" klubuna baş məşqçi təyinatı rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssislə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

Son iş yeri "Marsel" olan Sampaoli bu vəzifədə Xulen Lopeteqini əvəz edib.

Qeyd edək ki, Sampaoli 2016/2017 mövsümündə də "Sevilya"nı çalışdırıb.