"Bir zamanlar "Real" və PSJ klublarının arasından su sızmaz, bu klubları qardaş saymaq olardı".
Offsideplus.az xəbər verir ki, bu sözlər "Marca" nəşrində deyilib. Sözügedən klublar arasındakı durum hazırda gərgindir. Klub prezidentləri Florentino Peres və Nasser Əl-Xelafi arasında heç bir əlaqə yoxdur.
Yay transfer dönəmində Kilian Mbappe ilə baş verənlər, "Kral klubu"nun Avropa Super Liqası layihəsini təqdim edərkən Əl-Xelafinin UEFA prezidenti Aleksander Çeferinlə yaxınlaşması klublar arasında əlaqələrin tamamilə qırılmasına səbəb olub.
Bundan əlavə, PSJ prezidenti "Yuventus", "Barselona", habelə "Real"ın siyasətini , bu klubların beynəlxalq yarışlardakı imiclərini sorğulamışdı. UEFA tərəfindən transfer feyr-pley qaydalarının pozulması barədə haqqında iki dəfə soruşdurma açılan Paris təmsilçisi, "Barselona" klubunun araşdırılması üçün ali futbol qurumuna müraciət etmişdi.
Yaşananlardan sonra "Kral klubu" gənc oyunçuları ilə müqavilələrindəki sərbəst qalma məbləğini 1 milyard avroya qədər qaldırıb. Bu addım PSJ kimi klubların fantastik məbləğlər ödəyərək futbolçuları "oğurlamağ"ın qarşısını almaq üçün atılıb.