"Barselona"  La Liqanın 7-ci turunda səfərdə "Malyorka"ya qalib gəlməklə (1:0) yeni uğura nail olub.

Offsideplus.az xəbər verir ki, Xavinin rəhbərliyi altında Kataloniya təmsilçisi La Liqada ardıcıl 18 səfər matçının heç birində uduzmamaqla, əzəli rəqibi "Real"ın  (Madrid) sabiq baş məşqçisi Zinəddin Zidanı (17 oyun) geridə qoyub. 

Qeyd edək ki, Xavi "Barselona" ilə səfərdə 13 qələbə və 5 heç-heçə edib. 2016-cı ildə "Real"ın baş məşqçisi kimi 17 səfər oyununda məğlub olmayan  Zinəddin Zidan isə Madrid klubu ilə həmin vaxt 13 qələbə və 4 heç-heçəyə nail olub.