"Cenao" klubunun hücumçusu Güven Yalçın karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı oyunçu "Vilyarreal"ın maraq dairəsinə düşüb. Bu barədə "Calcio Mercato" məlumat yayıb. Xəbərə görə, La Liqa təmsilçisi Güvən Yalçının oyununu izləmək üçün İtaliyaya skaut komandası göndərəcək.
"Vilyarreal"ın baş məşqçisi Unai Emerinin də diqqətini çəkən Türkiyə millisinin üzvü üçün qış transfer "pəncərəsində" qarşı tərəfə təklif göndəriləcəyi bildirilir.
Qeyd edək ki, yay transfer "pəncərəsində" "Beşiktaş"la müqaviləsi başa çatdıqdan sonra azad agent kimi "Cenoa"ya keçən Güven Yalçın bu mövsüm B Seriyası və İtaliya Kuboku turnirlərində cəmi 7 oyun keçirib. Onun A Seriyası təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.