“Valensiya” klubu Gürcüstandan olan qapıçısı Georgi Mamardaşvili ilə müqavilənin müddətini artırıb.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı qolkiperlə müddəti 2027-ci ilin 30 iyununa qədər olan yeni sözləşmə imzalanıb. Gənc qolkiper artıq İspaniya klubunun əsas komandasında 27 oyun keçirib.
Mamardaşvili ötən ildən dəvət aldığı Gürcüstanın əsas milli komandasında da 3 rəsmi matça çıxıb.