"Betis" klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumçusu Xuanmi zədələnib.

O, UEFA  Avropa Liqasının qrup mərhələsi çərçivəsində Finlandiyanın HJK klubu ilə səfər matçında topuğundan zədə alıb.

Forvardın bu zədə səbəbindən azı 3 ay oynamayacağı bildirilir.