La Liqada 5-ci turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, 3-cü oyun günündə daha 4 matç keçirilib. Son çempion "Real" (Madrid) öz meydanında "Malyorka"ya 4:1 hesabı ilə qalib gəlib. Bu mövsüm əldə etdiyi nəticələr ilə diqqətləri üzərinə cəlb etməyi bacaran "Betis" isə "Viyarreal"ı qəbul edib və minimal hesablı (1:0) qələbə qazanıb.

Qeyd edək ki, turnir cədvəlinə 15 xalla "Real" (Madrid) başçılıq edir. "Barselona" 13 xalla 2-ci, "Betis" isə 12 xalla 3-cü pillədə qərarlaşıb. 

11 sentyabr

"Real" – "Malyorka" - 4:1
Qollar: Valverde, 45+3, Vinisius, 72, Rodriqo, 89, Rüdiger, 90+3 – Muriqi, 35

"Elçe" – "Atletik" -1:4
Qollar: Ponse, 59 – Merkau, 9-avtoqol, Sanset, 14. Uilyams, 22, Berenger, 44

"Xetafe" – "Real Sosyedad" - 2:1
Qollar: Ünal, 45+5, Alena, 48 - Mendes, 50

"Betis" – "Vilyareal" - 1:0
Qol: Rodri, 61