“Çelsi”nin qapıçısı Tibo Kurtua karyerasını “Real”da davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, qolkiper bununla bağlı yekun qərarını vermədiyini söyləyib.
Kurtua dünya çempionatından sonra bu barədə düşünəcəyini deyib: “Gələcək taleyim? İndi yalnız dünya çempionatına köklənmişəm. Mundialdan 8-10 gün sonra gələcəyimlə bağlı qərarımı bildirəcəm”.
Qeyd edək ki, Belçika yığması dünya çempionatının yarımfinal mərhələsində Fransa ilə qarşılaşacaq.(apasport.az)