"Real"ın baş məşqçisi Karlo Ançelotti Karlos Kazemironun "Mançester Yunayted"ə transferini təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə komandanın məşqindən sonra baş tutan mətbuat konfransında açıqlama verib. O, braziliyalı yarımmüdafiəçinin "qırmızı şeytanlar"a keçmək istədiyini bildirib:

"Kazemiro ilə danışmışam. Yeni şeyləri sınaqdan keçirmək istəyir. Onun qərarını başa düşürük. Danışıqlar hələ davam edir, amma "Real"ı tərk etmək qərarını verib. Kazemiro şənbə günü oynamayacaq. Onu əvəzləyəcək futbolçu? Çuamenini transfer etmişik, o, hazırda transfer bazarında ən yaxşılardandır. Həmçinin Kroos və Kamavinqamız da var. Dünən fərqinə vardım ki, Kazemiro həqiqiətən də "Mançester Yunayted"ə gedə bilər. Buna görə planlarım dəyişməyəcək".

Qeyd edək ki, "Real" sabah "Selta" ilə üzləşəcək.