"Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeone portuqaliyalı ulduz Kriştiano Ronaldonu komandasında görmək istəyir.

Offsideplus.az xəbər verir ki, o, klub rəhbərliyindən 37 yaşlı hücumçunu transfer etməyi xahiş edib. Bu barədə ispaniyalı idman jurnalisti Qulliem Balaque məlumat yayıb.

Mənbəyə görə, Madrid klubunun rəhbərliyi Simeoneni sevindirmək üçün bütün imkanları nəzərdən keçirir.

Ronaldo da "Atletiko"ya keçməyə müsbət yanaşır.

Qeyd edək ki, Portuqaliya millisinin kapitanı "Mançester Yunayted"dən ayrılmaq istəyir. O, karyerasını Çempionlar Liqasında çıxış edən bir komandada davam etdirmək istəyir.