"Tottenhem" klubu futbolçusu Covani Lo Selsonu yenidən icarəyə verib.

Offsideplus.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi "Vilyarreal"a keçib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Argentina millisinin üzvü 2022/2023 mövsümünü icarə əsasında La Liqa təmsilçisində keçirəcək. Xəbərə görə sözləşmədə satınalma maddəsi yoxdur.

Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsümün ikinci yarısında da icarədə əsasında "Vilyarreal"da oynayıb. Onun "Tottenhem"lə müqaviləsi 2025-ci ilin yayına qədərdir.