Karlo Ançelotti baş məşqçi karyerasını başa vuracağı tarix barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 63 yaşlı mütəxəssis "Real" klubundan sonra karyerasını bitirəcək. İtaliyalı mütəxəssis bunu "Selta" ilə oyun öncəsi baş tutan mətbuat konfransı zamanı deyib. 

"Real"dan sonra karyeramı başa vuracam. "Real" zirvədir, karyeramı burda bitirmək daha düzgün olar".

Qeyd edək ki, 2021-ci ildən "Kral klubu"na baş məşqçiliyə dönən Ançelottinin klubla 2024-cü ilədək müqaviləsi var.