"Tottenhem"in futbolçusu Brayan Xil ilə La Liqa klubları yaxından maraqlanır.

Offsideplus.az xəbər verir ki, İspaniyanın "Valensiya" klubu "Barselona"dan Niko Qonzales və "Tottenhem"dən Brayanı transfer etmək istəyir. Bu barədə idman jurnalisti Fabritsio Romano məlumat yayıb. "Barselona" ilə danışıqları davam etdirən "yarasalar" daha sonra London təmsilçisi ilə əlaqəyə keçəcək.

Bundan əlavə, İspaniyanın "Real Sosyedad" klubu da Brayan Xil üçün "Tottenhem"lə danışıqlara başlayıb.

Qeyd edək ki, 21 yaşlı vinger 2021-ci ildə "Sevilya"dan "Tottenhem"ə keçib.