Azad agent olan İskonun yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Sevilya" ilə razılığa gəlib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. İspaniyalı futbolçu sabah tibbi müayinədən keçəcək.

Əndəlüs təmsilçisi ilə müqavilənin müddəti 2024-cü ilin iyun ayına qədərdir.

Qeyd edək ki, İsko 2013-cü ildən "Real"ın formasını geyinirdi.