"Valensiya" klubu futbolçusu Qonzalu Quedeş üçün göndərilən təklifi qəbul edib.
Offsideplus.az xəbər verir ki, "Vulverhempton" portuqaliyalı oyunçu üçün La Liqa təmsilçisinə 27 milyon funt-sterlinq təklif edib və qarşı tərəf bunu qəbul edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. "Yarasalar"ın futbolçunu buraxmağa hazır olmasına baxmayaraq, cinah vingeri ilə hələ ki, razılaşma əldə olunmayıb. Bu məsələ ilə bağlı Quedeş qərarını verməyib.
Qeyd edək ki, 25 yaşlı oyunçu 2017-2018-ci il mövsümündən oynadığı "Valensiya" klubunda ötən mövsüm bütün turnirlərdə 42 oyuna çıxıb, 13 qol və 6 qol ötürməsiylə yadda qalıb.