"Sevilya" "Mançester Yunayted"in futbolçusu ilə anlaşıb.

Offsideplus.az xəbər verir ki, Aleks Telles karyerasını Əndəlüs təmsilçisində davam etdirəcək. Bu barədə idman jurnalisti Fabritsio Romano məlumat yayıb. Tibbi müayinədən keçəndən sonra 29 yaşlı müdafiəçi icarə əsasında müqavilə imzalayacaq. 

Anlaşmanın müddəti 2023-cü ilin iyununadək olacaq.