"Barselona" klubu futbolçusu Frenkie de Yonqa xəbərdarlıq edib.
Offsideplus.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi ya maaş azaldılmasını qəbul etməlidir, ya da klubu tərk etməlidir.
Bundan əvvəl Kataloniya klubunun baş məşqçisi Xavi Hernandez de Yonqdan maaşının 50 faiz azaldılmasına razı olmasını istəsə də, nə futbolçu, nə də onun meneceri bunu qəbul edib.
De Yonqun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, bundan əvvəl "Barselona"nın daha bir futbolçusu - Memfis Depaya da özünə klub axtarması üçün ultimatum verilmişdi.