“Barselona” klubunun baş məşqçisi Xavi komandanın məşhur futbolçusu Memfis Depayı sərəncamında görmək istəmir.
Offsideplus.az "sports.ru"ya istinadla xəbər verir ki, gənc mütəxəssis 28 yaşlı hücumçuya komandanı tərk etməyəcəyi təqdirdə, onu ehtiyat oyunçular skamyasında əyləşdirəcəyini bildirib.
Xavi hesab edir ki, Levandovski və Rafinyanın transferlərindən, eləcə də Dembele ilə yeni müqavilə imzalandıqdan sonra Depayın meydana daxil olmaq şansları minimuma enib. Buna görə də o, futbolçuya yeni klub axtarmağı tövsiyə edib.
Xatırladaq ki, Depay “Barselona”ya ötən yay keçib.