"Barselona” polşalı futbolçu Robert Levandovski ilə rəsmi sözləşmə imzalayıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə müqavilənin müddəti 4 illikdir. Kataloniya təmsilçisi Levandovskiyə 500 milyon avro sərbəst qalma məbləği qoyub. 

Qeyd edək ki, Polşa millisinin üzvü "Barselona"ya “Bavariya”dan transfer olunub.