"Real Sosyedad" klubu yeni futbolçu transfer edib.

 Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi "Selta"nın yarımmüdafiəçisi Brais Mendesin keçidini açıqlayıb. İspaniyalı futbolçu ilə 6 illik sözləşmə imzalanıb. Klub bu transfer üçün qarşı tərəfə 14 milyon avro ödəyəcək.

Qeyd edək ki, 25 yaşlı futbolçu Viqo təmsilçisinin öz yetirməsidir. O, əsas komandanın heyətində 2017-ci ildən oynamağa başlayıb. Brais meydana çıxdığı 166 matçda 22 qolla yadda qalıb.