İspaniya "Atletiko"sunun ev oyunlarını keçirdiyi stadionun yeni adı bəlli olub.

 Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin matçlarını oynadığı arenanın yeni adı "Civitas Metropolitano" olacaq. İspaniya klubu "Civitas Pacensis" şirkəti ilə 5 illik əməkdaşlığından bütövlükdə 50 milyon dollar əldə edəcək.

Qeyd edək ki, Madrid klubunun stadionu daha əvvəl "Vanda Metropolitano" adlanırdı.