"Qalatasaray"ın futbolçusu Markao karyerasını İspaniyada davamn etdirəcək.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı oyunçu "Sevilya" ilə anlaşıb. Onunla 5 illik müqavilə imzalanacaq. Bu barədə Əndəlüs təmsilçisinin rəsmi saytı məlumat yayıb.
La Liqa klubu bu keçid üçün "cim-bom"a 12 milyon avro ödəyəcək.
Qeyd edək ki, braziliyalı müdafiəçi 2019-cu ilin yanvarından İstanbul nəhəngində çıxış edirdi.