"Barselona" hücumçusu Memfis Depayı satacaq.

 Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu 28 yaşlı futbolçu ilə yolları ayırmağa hazırlaşır. İspaniya nəhəngi sözləşməsi gələn mövsümün sonu başa çatacaq olan niderlandlı forvard üçün 25 milyon avroya qədər gələcək təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Depay ötən mövsüm "Barsa" formasıyla 39 matçda 14 qol vurub.