"Real Madrid"in alman yarımmüdafiəçisi Toni Kroos bu yay karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

Offsideplus.az Britaniya mediasına istinadən xəbər verir ki, təcrübəli futbolçu "Mançester Yunayted"in diqqət mərkəzinə düşüb. "Qırmızı şeytanlar" 28 yaşlı oyunçu üçün fantastik məbləğdə pul ödəyəcəklərini bildiriblər. Lakin bu transfer baş tutmaya da bilər. Çünki Toni Kroosun "Real" klubu ilə 4 illik müqaviləsi var. Buraxılış qiyməti isə 500 milyon avrodur.

Qeyd edək ki, Kroos 2014-cü ildən "kral klubu"nun şərəfini qoruyur.