"Real"ın futbolçusu Luka Yoviç karyerasını İtaliyada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Mənbəyə görə, "Fiorentina" 24 yaşlı hücumçunu icarəyə götürmək istəyir. Lakin A Seriyası təmsilçisi serbiyalı oyunçunun maaşının bir hissəsinin Madrid klubu tərəfindən ödənilməsini istəyib. Hazırda hər iki tərəf arasında danışıqlar gedir.
Qeyd edək ki, Yoviçin "kral klubu" ilə bu sezon 19 matçda 1 qol və 3 məhsuldar ötürmə edib.